Hayal VİDADİOĞLU
"TÜRK İSLAM BİRLİYİ" ŞÜARINA DAİR
Mayın üçü türkçülər günü idi. Yenə bir sıra türkçü, bir sıra yarı İslam, yarı türkçü əqidəyə sahib kəslər təbrikləşmələr edib türkçü şüalar səsləndirdi. Adamlar iddia edir ki, "Türkçülük-Türk İslam Birliyi bütün xalqları, irqləri içinə alan bir davadır".Bir azca ağıl nemətini işə salmağı bacara bilən bu iddianın necə batil, necə çirkin, necə gülünc bir iddia olduğunun fərqinə varar. Axı nəyə görə talış, ləzgi, avar, kürd və.s qövmlər türk sancağı, türk milli kimlik çətirinin altında birləşməlidir?
Türk irqinin talış, ləzgi və.s irqindən nə üstünlüyü var ki, bu xalqları türk şüarı, türk adı, türk kimliyi altında birləşdirməyə çalışırsınız?
Və ya sən "Türk İslam Birliyi" ideologiyasını önə sürə bilirsənsə, nəyə görə digərləri də "Ərəb İslam Birliyi", "Talış İslam Birliyi" və.s ideologiyasını önə sürməsinki? Axı nəyə görə bu haqq türklərə verilə bilər digər qövmlərə yox? Təkrar deyirəm türk olmağın ərəb olmaqdan, ləzgi, avar və s olmaqdan nə kimi üstünlüyü var axı?
Bütün fərqli qövmləri, xalqları vahid bayraq altında birləşdirəcək tək Din, tək əqidə, tək ideologiya İslam Dinidir, İslam sancağıdır. Allah Rəsulu Hz.Muhamməd (Allahın salamı olsun onun üzərinə) kimsəni "Ərəb İslam Birliyi" sancağında cəm etmədi, Salman Farisi də ərəb birliyinə yox İslam birliyinə iman etmişdi.
Türklərin illərlə İslam sancaqdarı olduğunu iddia edənlərə də xatırlatmaq lazımdır ki, Hz.Muhammədə iman etmiş səhabələrinin çoxu ərəb idi. Quranın ilk sancaqdarları da onlar idi...
Sonda: mən özüm irq olaraq türkəm, lakin zərrə qədər olsun türkçü deyiləm. Türk olmağım mənim üçün nə qürur mənbəyidir, nə də utanc. Tövhidi bir şüura sahib olmadan öncə mənim də ülkücü fikirlərə sahib dönəmim olmuşdusa da, bu kimi fikirlərə tövbə etdiyimi dəfələrlə qeyd etmişəm. Və irqindən dolayı kiməsə kin güdməkdən və ya sevgi bəsləməkdən də Allaha sığınıram.
Mənim problemim türkçülüklə, irqçiliklə, faşizmlədir. Bu talış, ləzgi, avar, kürd, ərəb və.s irqçilərinə də aiddir. Və mən bütün fərqli qövmlərə, dillərə Allahın ayələri kimi baxır, dəvət edərkən hər kəsi tək bir əqidəyə, İslam əqidəsinə, İslam Dininə dəvət edirəm sadəcə...