Azərbaycan'da Qurban bayramı necə idrak edilir?
Bir çox ölkədə olduğu kimi Azərbaycanda da qurban sadəcə bir ənənə, bir adət olaraq anlaşılır. Gerçəkdə Tövhidi bir hərəkat və Allaha təslimiyyətin bir rəmzi olan Qurban bayramı cəmiyyət tərəfindən ənənəvi bir ritual olaraq illərdi öz canlılığını itirmiş halda qeyd olunur. Həyatında İslam olmayan, Tövhidin nə olduğunu bilməyən neçə-neçə insan şüursuz şəkildə ənənəvi bir anlayışla qurban kəsir, təbrik statusları paylaşırlar.
13-07-2022
Hayal Vidadioğlu, İslam ve Hayat için Bakü'den yazdı...
Bu ilki Qurban bayramı da Azərbaycanda keçən illərdən fərqli və ya keçən ilki bayramlardan daha canlı şəkildə keçmədi təəssüfki. Azərbaycanda Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" - da deyirlər. İnsanlar Saffat surəsində Rəbbimizin bizə öyrətdiyi qissəni nağıl və hekayə kimi bir-birinə danışır, lakin o qissədəki Tövhidi mesajın, təslimiyyətin, qissədəki özünü Allaha həsr etmə və təvəkkülün fərqinə belə varmırlar.Bir çox ölkədə olduğu kimi Azərbaycanda da qurban sadəcə bir ənənə, bir adət olaraq anlaşılır. Gerçəkdə Tövhidi bir hərəkat və Allaha təslimiyyətin bir rəmzi olan Qurban bayramı cəmiyyət tərəfindən ənənəvi bir ritual olaraq illərdi öz canlılığını itirmiş halda qeyd olunur. Həyatında İslam olmayan, Tövhidin nə olduğunu bilməyən neçə-neçə insan şüursuz şəkildə ənənəvi bir anlayışla qurban kəsir, təbrik statusları paylaşırlar. Artıq bu bayram təəsüf ki, Allaha olan təslimiyyətin deyil, ət kəsməyin, kabab bişirməyin simvoluna çevrilibdir. İnsanlar bu bayramın mahiyyətinin fərqinə belə varmadan təbrik mesajları, təbrik statusları paylaşmaqla müsəlman olduqlarını, qulluq borclarını yerinə yetirdiklərini zənn edirlər... Həyatında İslam olmayan, bayram namazını belə qılmayan insanların kəsdiyi qurbanlar hansı təslimiyyətin nişanəsi ola bilər ki?Belə olan halda Tövhidi tanıyan biz muslimlərin üzərinə çox iş düşür. Hər il Qurban bayramı günü insanların düşüncələrini ət kəsiminə deyil, Tövhidə, Allaha olan təslimiyyətə, bu bayramın gerçək mahiyyətinə çəkək ki, cəmiyyətin beynində formalaşan ənənəvi bütlər və Qurban bayramının gerçək mahiyyətindən uzaq bir bayram anlayışı yavaş-yavaş qırılmağa üz tutsun. İnsanlara durmadan İbrahim (a.s) qissəsini, o qissədəki təslimiyyət bilincini anladaq. Tövhid və Şirk anlayışlarını daima dəvətimizin, bayram anlayışımızın, ümum dünyaya baxışımızın mərkəzində tutaq ki, Allaha olan qulluğumuzu bilincli şəkildə idrak edə bilən möminlərdən olaq...Birdə hər il olduğu kimi bu il də Azərbaycanda şiələr və sünnilər arasında bayram gününün vaxtı ilə bağlı ixtilaf oldu ki, bu da Ümmətin bir fərqli ürək yarasıdır. Bəli, Azərbaycanda hər bayram günü bu ixtilaf da düşür. İnsanlar bir yandan bayram edir, bir yandan da ixtilaf...Bu da Azərbaycandakı müsəlmanların yaşadıqları imtahanlarından bir imtahandır...
YORUMLAR
Henüz Yorum Yok !
İlginizi çekebilecek diğer haberler
- Ûlu’l-Emr Olmanın Şartı ‘Bizden’ Olmasıdır
- Büyük Felaket (Nekbe) İngilizlerin Kudüs'e girişi ile başladı
- Tarih Gazze'yi Yazacak!
- Soykırım saldırılarında katledilen Gazzelilerin sayısı 34 bini geçti
- Hamas’tan uluslararası topluma, “ABD’nin iradesini aşın” çağrısı
- İsrail’in sonu göründü mü?
- Mehdi Kudüs'e indi mi?
- Hamas: Siyonist zihniyet tamamen vahşi ve canavar bir zihniyet
Makaleler
Hava Durumu