İSLAM ŞƏRİƏTİ, YALNIZ MÜƏYYƏN HƏDD CƏZALARINDAN İBARƏT DEYİLDİR

Kazım VELİYEV

15-05-2022 10:02


Bir çoxlari şəriət dedikdə yalnız əl kəsmə, şallaq vurma, edam kimi cəzaları ön plana çıxarır. Halbuki, bu cəzalar İslam Şəriətinin kiçik bir qismini əhatə edir. 

İslami sistəm gəlsə kəlləmizi alacaq, əlimizi kəsəcək deyə ortalıqda söhbətlər eşidilir. Bu İstər "ağıllı düşmənlər ", istərsə də "ağılsız  dostlar" tərəfindən propaganda olunur. Mənfur düşmən "agilsiz dostları" istifadə edərək, İslam şəriətini başkəsən timsalinda gostərir. Bir növ dünyaya, bu da sizin "Şəriətiniz" şüuraltı fikrini yeridir. Artıq insanların gözlərində şəriət dedikdə adil bir nizam deyil, despot bir idarə canlanır. İnsanlar bu kimi düşüncələr üzündən şəriət düşməni halına gətirilir.

Halbuki, şəriət ilahi bir adil nizamin adidir. İslam hədd cəzalari tətbiq etmədən öncə, ora gedən yolları bağlayır. Zina edənə cəza vermədən öncə onun evlilik yolunu asanlaşdirir. Əks cinsin təhrikinin qarşısını alır.

Cəmiyyətdə cinsiyyətə dayalı düşuncəni deyil, fikri aspekti inkişaf etdirir. Bir oğrunun əlini kəsmədən öncə, onun qarnını doyuracaq iş müəssisələri qurur. Əgər bunu edə bilmirsə bir müddət bu cəzanı tətbiq etmir. (Hz. Ömər misalında olduğu kimi) və.s..

Əslində İslami Şəriət, adil nizamın diger adıdır. Təəssüf ki,  bu vəsfiylə insanlara heç tanidilmadi. Buraxın düşmənləri, dostları tərəfindən belə (bilincli və ya bilncsiz) üstü örtüldü. Elə bir adil nizam düşünün kı insan haqqlarına riayet edilən, zəngin kasıb arasında ədalətli bölgünün oldugu, cəmiyyətin bir-birini əzmədiyi bir sistem.

Bu sitemin faiz  istismarına dayanmayan mükkəmməl bir strukturu, qərzi - həsən ( gözəl bir  borc) adlı  mexanizmi vardır. Eyni zamanda təhsil müəssisələrində vətəndaş deyil, zehniylə birlikdə könlü də tərbiyə olunan fərdlər yetişdirən bir təhsil sistemi mövcuddur. İnsanlar arsında ictimai ədalətîn olduğu İlahi adil bir nizam.

Bir sözlə İslami sistem bir bütündən ibarətdir. İnsanlara bütün deyə parçanı verdiyiniz zaman İslama da, ədalətə də zülm etmiş olarıq. Odur ki, gəlin insanlara Şəriətimizi bir də bu yöndən, əsli cəhətindən tanıdaq.

YORUMLAR
Henüz Yorum Yok !
Diğer Yazıları

Makaleler

Hava Durumu


VAN